Xəbər Xətti

Prezident Rüfət Əzizovu rektor təyin etdi

Prezident Rüfət Əzizovu rektor təyin etdi
3Fervral 202516:37

Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Azlist.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Digər sərəncamla Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sabiq rektoru Mistafa Babanlının 2023-cü ilin iyulunda vəzifəsindən azad edilməsindən sonra həmin post  boş qalmışdı. 

Kimya elmləri üzrə fəlsəfə doktoru olan Rüfət Əzizov 2023-cü ildən Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini tuturdu.

45 yaşlı Rüfət Əzizov Rüfət Eyvaz oğlu Əzizov 7 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız olaraq qəbul olub. Həmin universitetdə aspirantura təhsilinə davam edərək, 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib və kimya elmləri namizədi (PhD) elmi dərəcəsi alıb.

2014-2016-cı illərdə ADA/Maastricht Universitetlərinin birgə MBA proqramını və 2018-2020 illərdə isə Oxford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi, Executive MBA proqramını bitirib.

“Cornell” Universiteti Ali İdarəetmə, “George Washington” Universiteti Layihələrin İdarə olunması və “Oxford” Universiteti Süni İntellekt Proqramlarını bitirib.

7 yanvar 2021-ci ildə elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

13 sentyabr 2023-cü il tarixində Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.


Ailəlidir, iki övladı var.