Rəsmi

Sahil Babayev vəzifədsindən azad edildi - maliyyə naziri təyin olundu

Sahil Babayev vəzifədsindən azad edildi - maliyyə naziri təyin olundu
6Fervral 202516:09

Sahil Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.

Azliat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Digər sərəncamla o, maliyyə naziri təyin edilib.

Qeyd edək ki, Sahil Babayev 7 il idi ki, əmək və əhalinin sosial müdafiəsi naziri işləyirdi.

O, 21 aprel 2018-ci il tarixindən əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmişdi.