Xəbər Xətti

Yeni əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi - DOSYE

Yeni əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi - DOSYE
7Fervral 202516:14

Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, indiyədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.

Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.

Prezidentin 19 iyun 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri – Nazirlik Aparatının rəhbəri təyin edilib.

31 oktyabr 2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Evlidir, iki övladı var.