Rəsmi

Maliyyə nazirinə iki müavin təyin olundu - SƏRƏNCAM

Maliyyə nazirinə iki müavin təyin olundu - SƏRƏNCAM
15Aprel 202518:14

Prezident İlham Əliyevin sərəncamları maliyyə nazirinə yeni müavinlər təyin olunub.

Azlist.az xəbər verir ki, Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib və maliyyə nazirinin birinci müavini təyin edilib.

Himalay Qabil oğlu Məmişov isə maliyyə nazirinin müavini təyin edilib.

Himalay Məmişov bu təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.