907-ci düzəliş 33 ildən sonra ləğv olundu

“907-ci düzəliş 33 ildən sonra bu gün ləğv olundu”.
Azlist.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə mətbuata birgə bəyanatında bildirib.
Dövlət başçısı bununla bağlı ABŞ Prezidenti Donald Trampa təşəkkürünü ifadə edib.
Azərbaycan Prezidenti daha sonra Vaşinqtonda mətbuata müsahibəsində deyib ki, 907-ci düzəlişin ləğv edilməsi tarixi hadisədir.
"Ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi, bunun məhz ofisdə mənim iştirakımla baş tutması, əlbəttə ki, çox rəmzi xarakter daşıyır.
Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o (ABŞ Prezidenti Donald Tramp – red.), mənim iştirakımla bunu etməyə qərar vermişdir”, - deyə Azərbaycan Prezidenti əlavə edib.