Rəsmi

Minsk qrupu artıq son günlərini yaşayır - Prezident

Minsk qrupu artıq son günlərini yaşayır - Prezident
21Avqust 202517:04

Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir.

Azlist.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib.

Dövlətimizin başçısı vurğulayıb: “Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”.

İlham Əliyev xatırladıb ki, Ermənistanla sülh müqaviləsinin müəllifi Azərbaycandır.

"Ermənistanla sülh müqaviləsinin müəllifidə bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur.

Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi”, - deyə dövlətimizin başçısı bildirib.