Xəbər Xətti

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Xüsusi karantin rejiminin müddəti uzadıldı
22Sentyabr 202512:44

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Azlist.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 yanvar saat 06:00-dək uzadılıb.

Bundan əvvəl həmin müddət 1 oktyabr saat 06:00-dək olan dövrü əhatə edib.