Xəbər Xətti
Azərbaycan 3 ölkədə səfirlik, bir dövlətdə təmsilçilik açır
![Azərbaycan 3 ölkədə səfirlik, bir dövlətdə təmsilçilik açır](https://azlist.az/uploads/news/2022/11/azlist.az_1668764743.jpg)
Azərbaycan Respublikasının Albaniya və Keniya respublikalarında, eyni zamanda, İsrail Dövlətində səfirlikləri açılacaq.
Fələstin Dövlətində isə Azərbaycanın Təmsilçilik Ofisi təsis ediləcək.
Azlist.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin noyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Milli Məclisin gündəliyinə daxil edilmiş bu məsələlər səsə qoyularaq təsdiqlənib.
Azərbaycanın Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirliyi paytaxt Nayrobidə, İsraildəki səfirliyi paytaxt Təl-Əvivdə yerləşəcək.
Fələstin Dövlətindəki Təmsilçilik Ofisi isə Ramallah şəhərində açılacaq.