Tələbələr narkomaniya ilə bağlı maarifləndirilib
"Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyi t QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi layihə çərçivəsində növbəti tədbiri 2 saylı Bakı Baza Tibb Kollecində keçirib.
Layihə rəhbəri Vidadi Fətullayev çıxışında, narkomaniya və zərərli vərdişlərə
qarşı ölkəmizdə aparılan mübarizə və maarifləndirmə işlərində dövlət qurumları ilə yanaşı,ictimaiyyətin də fəal rol almasının vacib olduğunu qeyd edib.
Ölkəmizdə vətəndaşların sağlamlığı sahəsində həyata keçirilən islahatlardan, gənclərin elm, idman və başqa sahələrdə qazandıqları nailiyyətlərdən bəhs edən QHT sədri cəmiyyətin fəal üzvləri kimi tələbələri Azərbaycan Prezidenti İlham Əliyevin bu il Gənclər Günündə verdiyi tövsiyələrə əməl etməyə, narkomaniya bəlasına və zərərli vərdişlərə qarşı qətiyyətli mübarizəyə
səsləyib.
Narkotiklərlə Mübarizə üzrə Dövlət Komissiyası (NMDK) İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev Azərbaycan Prezidentinin imzaladığı və 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı haqqında məlumat verib, həmçinin slaydlardan istifadə edərək, mövzu barədə ətraflı çıxış edib.
Maarifləndirici buklet və kitabçaların paylandığı tədbirin iştirakçıları ölkə rəhbərliyinə, gənclərə göstərilən qayğı və etimada görə minnətdarlıqlarını ifadə ediblər.