Xəbər Xətti

Fransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnamə qəbul etdi

Fransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnamə qəbul etdi
30Noyabr 202222:20

Fransa Milli Assambleyası (parlamentinin aşağı palatası) Azərbaycana qarşı təxribat xarakterli qətnamə qəbul edib.

Azlist.az xəbər verir ki, 256 deputat qətnamənin lehinə səs verib, əleyhinə səs verən olmayıb. 

Qondarma qətnamədə Azərbaycana qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur. 

Sözügedən sənəddə Azərbaycan vətəndaşlarının 30 illik işğal dövründə fundamental insan hüquqlarından məhrum olunması, Ermənistanın törətdiyi müharibə cinayətləri, dinc əhaliyə qarşı qətliam və digər qanunsuz əməlləri diqqətdən kənarda saxlanılıb. Bunun əksinə olaraq, Azərbaycan "işğalçı" kimi təqdim olunub.  

Qeyd edək ki, bundan əvvəl Fransa Senatı da Azərbaycan əleyhinə oxşar qətnamə qəbul edib.