Sülhməramlılar azərbaycanlı rəsmilərə qarşı təxribata mane olmadı
Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmayıb.
Azlist.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov bildirib.
“Biz həmin yerdə bir qrup aqressiv gəncin yığıldığını gördük. Onlar bizim həmin obyektlərə, yataqlara girişimizə mane oldular. Hesab edirik ki, bu, əvvəlcədən təşkil olunmuş təxribat idi. Həmin təxribatın arxasında oraya gəlmiş Vitali Qolasanyan və özünü qondarma rejimin nümayəndəsi kimi təqdim edən Ruben Vardanyan iştirak edirdirlər.
Əvvəlki müzakirələr nəticəsində səfərimizin təşkil edilməsi ilə bağlı verdikləri sözlərə baxmayaraq, Rusiya sülhməramlı qüvvələri tərəfindən normal fəaliyyətimiz üçün şərait yaradılmamışdı”, - qurum rəsmisi deyib.
Məsim Məmmədov qeyd edib ki, onların getdikləri ikinci obyektin giriş qapısında da böyük bir kütlə toplaşıb:
“Biz baxanda gördük ki, eyni şəxslər həmin obyektlərdən başqa bizim hərəkət etdiyimiz istiqamətdə yolu yenidən kəsmişlər. Rusiya sülhməramlı qüvvələrin nümayəndələri, rəhbərlik, komandanlıq onlarla danışığa girməklərinə baxmayaraq, nəticə əldə edilmədi. Hesab edirik ki, bu, iki tərəflin təşkil etdiyi təxribatdır”.