Xəbər Xətti

Şuşada aksiya: ictimai fəallar Laçın yolunu bağladılar - FOTOLAR

Şuşada aksiya: ictimai fəallar Laçın yolunu bağladılar - FOTOLAR
12Dekabr 202212:30

Bu gün Şuşa ərazisində - Rusiya sülhməramlılarının nəzarətində olan Xankəndi-Gorus yolunun bir hissəsində Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəalı Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirir.

Azlist.az xəbər verir ki, etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Aksiya iştirakçıları ərazidə çadırlar qurub, Xankəndi-Gorus yolunu bağlayıblar.

Rusiya sülhməramlılarına dəstək üçün əraziyə əlavə silahlı qüvvələr gəlib.