Xəbər Xətti

Müdafiə nazirinə yeni müavin təyin olunub

Müdafiə nazirinə yeni müavin təyin olunub
13Dekabr 202217:28

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub. 

Azlist.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Prezident İlham Əliyevin 09.12.2022-cil tarixində imzaladığı sərəncamla Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin olunub

A.Qurbanov 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb. 2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb. 2015-2019-cu illərdə "PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub.

Daha sonra "Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9.12.2022-ci il tarixli sərəncamı ilə Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin olunub.

Ailəlidir. İki övladı var.