Rəsmi

Prezidentin köməkçisi: Laçın yolunu sülhməramlılar bağlayıb - FOTO

Prezidentin köməkçisi: Laçın yolunu sülhməramlılar bağlayıb - FOTO
14Dekabr 202209:10

Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb.

Azlist.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün keçirilən brifinqdə bildirib. 

H.Hacıyev Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışdıqlarını, mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkəti məsələlərinə qarışmadıqlarını söyləyib. 

Prezidentin köməkçisi Ermənistan hökumətinin Azərbaycanın əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhləri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisi olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, belə bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə zidd olduğu diqqətə çatdırılıb.