Azərbaycan əhalisnin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 54452 nəfər və ya 0,5 faiz artaraq 2022-ci il noyabr ayının 1-i vəziyyətinə 10210818 nəfərə çatıb.
Azlist.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
Rəsmi məlumata görə, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr aylarında ölkə üzrə 103502 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0-dan 12,3-ə qədər artıb.
Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz olub. Körpələrdən 2892-si əkiz, 135-i üçəm, 8-i isə dördəm doğulub.