Xəbər Xətti
Daxili işlər nazirinə yeni müavin təyin edilib - DOSYE
Daxili işlər naziri Vilayət Eyvazova yeni müavin təyin edilib.
Azlist.az xəbər verir ki, daxili işlər nazirinin yeni müavini general-mayor Oqtay Kərimovdur.
O, yeni vəzifədə 70 yaşı tamam olan general-leytenant Oruc Zalovu əvəzləyib.
Oqtay Kərimov bundan əvvəl Daxili Qoşunlarda Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb. O, daha sonra DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. O.Kərimov ardınca həmin idarənin rəisi təyin edilib.