Xəbər Xətti

Laçın yolundakı aksiyadan nə xəbər var...

Laçın yolundakı aksiyadan nə xəbər var...
18Dekabr 202215:28

Artıq bir həftədir ki. Azərbaycan ekofəalları və QHT nümayəndələri faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirirlər.

Azlist.az xəbər verir ki, dekabrın 12-dən başlayan aksiya bu gün də eyni tempdə davam edir.

Hava şəraitinin soyuq olmasına baxmayaraq, aksiyaya qoşulanların sayı getdikcə artır. Dinc aksiyaya Azərbaycanın hər yerindən böyük dəstək var.

Ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri, tələbələr, adi vətəndaşlar yüksək əzm, qətiyyət nümayiş etdirirlər. Onlar tələbləri yerinə yetirilməyənə qədər buradan çəkilməyəcəklərini bildirirlər.

Dinc aksiya iştirakçıları mədənlərin qanunsuz istismarına, ekoloji terrora qarşı və vətənpərvərlik ruhunda şüarlar səsləndirirlər.

Aksiya iştirakçıları arasında olan QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bu gün Rusiya sülhməramlılarına məxsus yük maşınları əks istiqamətdə maneəsiz hərəkət edib.

“Tələblərimiz olduğu kimi qalır. Əsas tələblər Azərbaycan nümayəndə heyətinin monitorinq aparmasına icazə verilməsi, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında yerləşən sərvətlərimizə dəyən ziyanın öyrənilməsidir. Aksiyada “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!” şüharə səsləndirilir. Bu kimi şüarlar üç dildə - Azərbaycan, rus, ingilis dillərində səslənir, plakatlar da qaldırılıb. Aksiya iştirakçılarının təhlükəsizliyi yüksək səviyyədə təmin edilir. Eyni zamanda, gecə boyu Azərbaycanın milli musiqiləri səslənib, humanitar mesajlar verilib”.

Aksiya iştirakçısı onu da deyib ki, sülhməramlıların əsas vəzifəsi təhlükəsizliyi təmin etmək olduğu halda, onlar yalnız ermənilərin mənafeyini qoruyurlar.