Xəbər Xətti

Xankəndidəki ağır xəstə Laçın yolu ilə Ermənistana aparıldı

Xankəndidəki ağır xəstə Laçın yolu ilə Ermənistana aparıldı
19Dekabr 202214:42

Dekabrın 19-da Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) bir nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndindən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib.

Azlist.az xəbər verir ki, müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub.

Belə ki, Laçın yolunda aksiya keçirən azərbaycanlı ekofəallar və QHT nümayəndələri  Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.

Xankəndi xəstəxananın direktoru Mher Musayelyan Ermənistan KİV-nə bildirib ki, 1960-cı il təvəllüdlü xəstənin ürəyində təcili əməliyyat lazımdır.

"O, Ermənistandakı Nork-Maraş Tibb Mərkəzinə aparılıb. Xəstə bir həftə əvvəl lazımi müayinədən keçib, lakin yol bağlı olduğundan onu daşıya bilməyiblər”.

Musaelyan qeyd edib ki, bu adam əvvəllər məlumatları açıqlanan ağır xəstələrin siyahısına daxil edilməyib.

Onun sözlərinə görə, hazırda Xankəndi xəstəxanasında İrəvana təcili aparılmalı olan ağır xəstə yoxdur.

Qeyd edək ki, dünən Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 10-dan artıq təminat avtomobilinin aksiya keçirilən ərazidən maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığının daha bir göstəricisidir.

Xatırladaq ki, azərbaycanlı ekofəallar və QHT nümayəndələri dekabrın 12-dən Laçın yolunda Qarabağın dağlıq hissəsindəki qızıl və mis yataqlarının qanunsuz istismarına etiraz edirlər.