Xəbər Xətti

Ermənilər Qarabağda havaya helikopter qaldırmaq İSTƏDİLƏR

Ermənilər Qarabağda havaya helikopter qaldırmaq İSTƏDİLƏR
19Dekabr 202218:14

Xəbər verildiyi kimi, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınlarının müşayiəti ilə Qarabağdan olan bir erməni xəstə Laçın yolu ilə Ermənistana aparılıb.

Azlist.az xəbər verir ki, ürək patologiyası olan xəstə Xankəndi xəstəxanasından təcili yardım maşını ilə çıxarılıb və azərbaycanlı ekofəalların Laçın yolunda keçirdiyi aksiya ərazisindən hərəkət edib.

Yayılan məlumata görə, Qarabağ erməniləri əvvəlcə xəstəni sanitar helikopterlə Ermənistana aparmağı müzakirə ediblər. Bu barədə “Hraparak” qəzeti yazıb.

Qeyd edilib ki, Rusiya sülhməramlıları helikopterdən istifadəyə icazə verməyiblər. Sonda təcili yardım maşınından istifadə olunub.

Xatırladaq ki, azərbaycanlı ekofəallar və QHT nümayəndələri dekabrın 12-dən Laçın yolunda Qarabağın dağlıq hissəsindəki qızıl və mis yataqlarının qanunsuz istismarına etiraz edirlər.