Xəbər Xətti

Laçın yolundakı aksiyanın 9-cu GÜNÜ

Laçın yolundakı aksiyanın 9-cu GÜNÜ
20Dekabr 202217:16

"Ermənistan Xarici İşlər Nazirliyi Laçın yolunun bağlanması və Qarabağda yaşayan ermənilərin sayı haqqında yalan xəbərlər yaymaqda davam edir”.

Azıiast.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan çoxsaylı videogörüntülərdə avtomobillərin Laçın yolundan sərbəst keçdiyi aydın görünür.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 9 gündür davam edir.

Dekabrın 12-dən başlayan aksiyada "Ekoloji terrora son!", "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Stop ekoterror!" və sair şüarlar səsləndirilir.