Xəbər Xətti
Laçın yolundakı aksiyanın 10-cu GÜNÜ

Azərbaycanlı ekofəalların və QHT nümayəndələrinin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq 10-cu gündür davam edir.
Azlist.az xəbər verir ki, dünəndən yağan qar aksiya keçirilən ərazidə iz qoyub – hər tərəf ağ örpəyə bürünüb. Havanın şaxtalı, ərazinin qar olmasına baxmayaraq, aksiya iştirakçıları Laçın-Xankəndi yolundan çəkilməyiblər.
Onlar Qarabağın dağlıq hissəsindəki mədənlərdə qanunsuz istismara və ekoloji terrora son qoyulması ilə bağlı şüarlar səsləndirirlər.