Xəbər Xətti

Laçın yolundakı aksiyanın 10-cu GÜNÜ

Laçın yolundakı aksiyanın 10-cu GÜNÜ
21Dekabr 202211:40

Azərbaycanlı ekofəalların və QHT nümayəndələrinin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq 10-cu gündür davam edir.

Azlist.az xəbər verir ki, dünəndən yağan qar aksiya keçirilən ərazidə iz qoyub – hər tərəf ağ örpəyə bürünüb. Havanın şaxtalı, ərazinin qar olmasına baxmayaraq, aksiya iştirakçıları Laçın-Xankəndi yolundan çəkilməyiblər.

Onlar Qarabağın dağlıq hissəsindəki mədənlərdə qanunsuz istismara və  ekoloji terrora son qoyulması ilə bağlı şüarlar səsləndirirlər.