Xəbər Xətti

Prezident onu Naxçıvanda səlahiyyətli nümayəndə təyin etdi

Prezident onu Naxçıvanda səlahiyyətli nümayəndə təyin etdi
22Dekabr 202217:00

Prezident İlham Əliyev bu gün özünün Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsinin təyin edilməsinə dair sərəncam imzalayıb. 

Ölkə başçısının sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Azlist.az-ın məlumatına görə, Fuad Nəcəfli bu təyinatadək Sumqayıt Texnologiyalar Parkının nəzdində yaradılan MMC-lərdən birində yüksək vəzifədə çalışıb.

Belə ki, o, Sumqayıt Texnologiyalar Parkının armatur istehsal edən Metaləritmə Zavodunun əsasında yaradılmış “STP AH” MMC-nin Müşahidə Şurasının üzvü olub.

Fuad Nəcəfli əslən Naxçıvanın Şahbuz rayonunun Kolanı kəndindəndir. O, 1975-ci ildə anadan olub. Fuad Nəcəfli Türkiyədə ali təhsil alıb, nüfuzlu Orta Doğu Texnik Universitetinin (ÖDTÜ) məzunudur. Ali təhsilini ingilis dilində alıb.