Xəbər Xətti

Laçın yolundakı aksiyada 15-ci gün…

Laçın yolundakı aksiyada 15-ci gün…
26Dekabr 202209:18

Azərbaycanın QHT nümayəndələrinin Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 15-ci gündür ki, davam edir.

Azliast.az xəbər verir ki, dinc aksiya iştirakçıları "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!" kimi şüarlar səsləndirirlər.

Havanın şaxtalı olmasına baxmayaraq, onlar fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər.

Etirazçıların toplaşdığı ərazidən keçən yol humanitar məqsədlər üçün tam açıqdır.

Belə ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus təminat avtomobilinin aksiya keçirilən məkandan maneəsiz hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Aksiyada etiraz edənlərin əsas tələbləri Qarabağın dağlıq hissəsindəki “Qızılbulaq” və “Dəmirli” yataqlarından qanunsuz istismara son qoyulması, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şəraitin yaradılması, ermənilərin Azərbaycan torpaqlarındakı ekoloji terrorunun dayandırılması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.