Laçın yolundakı aksiyanın 18-ci günü...
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən ekofəallar, QHT nümayəndələri və könüllülərin Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 18 gündür davam edir.
Azlist.az xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının fəallığı müşahidə olunur.
Qeyd edək ki, etirazçılar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarının əks olunduğu plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır”, “Ekoloji cinayətə son!”, “Azərbaycan milləti qoruyacaq sərvəti” kimi şüarlar səsləndirirlər.
Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsi humanitar məqsədlər üçün açıqdır.