Xəbər Xətti

Laçın yolundakı aksiya 21-ci gündür davam edir

Laçın yolundakı aksiya 21-ci gündür davam edir
1Yanvar 202312:38

Azərbaycanın Qarabağ iqtisadi rayonundakı faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 21 gündür davam edir. 

Azlist.az xəbər verir ki, etirazçılar bu gün də yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üstündə ingilis və rus dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirir, vətənpərvər ruhlu mahnılar oxuyurlar.

Ekofəallar yüksək əhval-ruhiyyədədirlər. Tələblər isə dəyişməz olaraq qalır – ekoloji terrora son qoyulması, sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə faydalı qazıntı yataqlarımızın monitorinqinin aparılmasına icazə verilməsi.