Xəbər Xətti

Laçın yolundakı aksiya 23 gündür davam edir

Laçın yolundakı aksiya 23 gündür davam edir
3Yanvar 202313:39

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 23 gündür davam edir.

Azlist.az xəbər verir ki, hazırda aksiya iştirakçılarının fəallığı müşahidə olunur. Onlar müxtəlif tədbirlər təşkil edir, şüarlar səsləndirərək dünya ictimaiyyətinin diqqətini ərazilərimizdə törədilən ekoloji terrora çəkirlər.

Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazların əks olunduğu plakatlar qaldırır, “Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” kimi şüarlar səsləndirirlər.

Aksiyaya baxmayaraq, Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda maneəsiz hərəkət edirlər.

Yanvarın 3-də Rusiya sülhməramlılarına məxsus daha beş təminat və bir minik avtomobilinin Xankəndidən Laçın istiqamətinə doğru istiqamətinə maneəsiz keçməsinə şərait yaradılıb..

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.