Xəbər Xətti

Laçın yolundakı aksiya 30 gündür davam edir

Laçın yolundakı aksiya 30 gündür davam edir
10Yanvar 202309:47

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiya bu gün də davam edir.

Azlist.az xəbər verir ki, aksiya fəalları plakat qaldırıb, ənənəvi şüarlarını səsləndirirlər. Havanın şaxtalı olması aksiya iştirakçılarının fəaliyyətinə maneə yaratmır.

Fəallar həmişəki kimi, Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Fəallar vurğulayırlar ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Etirazçılar tələblərində israrlı görünürlər. Aksiya sivil qaydalar çərçivəsində davam edir.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan dinc aksiya artıq 30 gündür davam edir. Etirazçılar Laçın yoluna ötən il dekabrın 12-dən çıxıblar.