Türkiyədə zəlzələdən ölənlərin sayı 18 mini ÖTDÜ
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 18342-ə yüksəlib.
Azlist.az xəbər verir ki, yaralıların sayı isə 74 242 nəfərə çatıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
***
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3549 nəfərə, yaralananların sayı 22 min 168 nəfərə çatıb.
Azlist.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, zəlzələnin fəsadları barədə son məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Dövlət başçısı bildirib ki, zəlzələnin təsirinə məruz qalmış 10 vilayətdə üç aylıq fövqəladə vəziyyət rejimi elan olunub. Axtarış-xilasetmə işlərinə 53 min 317 xilasedici, polis əməkdaşı və hərbçi, minə yaxın təcili yardım maşını, 5 min tibb işçisi cəlb edilib. Zəlzələ bölgəsində dərslərə fevralın 20-dək ara verilib.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb.
***
Türkiyədə fevralın 6-da səhər saatlarında baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 2921 nəfərə çatıb.
Azlist.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer bildirib.
Məlumata görə, təbii fəlakət zamanı yaralananların sayı 15 min nəfəri ötüb.
Dağılan binaların sayı isə 6217-dir.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.
Zəlzələnin dağıntıları Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Diyarbəkir, Şanlıurfa, Qaziantep, Kilis, Adana, Malatya şəhərlərində qeydə alınıb.