Xəbər Xətti

Zəlzələdə həlak olan tələbələrimiz dəfn edildi

Zəlzələdə həlak olan tələbələrimiz dəfn edildi
16Fervral 202316:00

Türkiyədə baş vermiş zəlzələdə həlak olan tələbələr dəfn edilib. 

Azlist.az xəbər verir ki, Gündüz Nəzərzadə Sumqayıt şəhər qəbirstanlığında torpağa tapşırılıb.

Gündüz Nəzərzadə Türkiyənin Malatya şəhərində baş vermiş dəhşətli zəlzələdən öncə İnönü Universitetində tibb üzrə uzmanlıq təhsili alırdı. 

O, Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsini bitirmişdi.


***
Samir Quliyev Gədəbəyin İnəkboğan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Samir Quliyev 2000-ci ildə anadan olub, uşaqkən atasını itirib.


***

Şahin Vəliyev Gəncə şəhərindəki qəbristanlıqda torpağa tapşırılıb.

Şahin Vəliyev Malatya şəhərindəki İnönü Universitetinin sonuncu kursunda təhsil alırdı.


***


Hümam İsmayıllı Sumqayıt qəbiristanlığında torpağa tapşırılıb.

Hümam İsmayıllı Malatya şəhərindəki İnönü Universitetinin 4-cü kurs tələbəsi idi.

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələdə dağılan binanın altında qalan azərbaycanlı tələbələr İnönü Universitetində təhsil alırdılar.

Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.