Rəsmi
Zəlzələdən sonra iki azərbaycanlıdan xəbər yoxdur - SƏFİRLİK
Türkiyədə zəlzələ bölgəsində olan 2 azərbaycanlıdan məlumat yoxdur.
Azlist.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
“Bir çox vətəndaşımız haqqında məlumat alınıb. İki vətəndaşımız qalıb ki, onlardan hələlik xəbər yoxdur”, - deyə bildirilib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.
Türkiyədəki zəlzələdə 10 nəfər Azərbaycan vətəndaşı da həlak olub