Xəbər Xətti
Hacı Şahin Həsənli vəfat etdi - ÖLÜM SƏBƏBİ
Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli bu gün səhər saatlarında vəfat edib.
Azlist.az xəbər verir ki, bu barədə yaxınları onun sosial şəbəkə səhifəsində məlumat paylaşıblar.
Hacı Şahinin qəfil ürəktutmasından vəfat etdiyi bildirilir.
Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı idi. O, həm də "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyini təsisçisi və sədriydi..
Allah rəhmət eləsin.