Rəsmi
Prezident Administrasiyası Qarabağ ermənilərini Bakıya ÇAĞIRDI
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.
Azlist.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
"Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur", - məlumatda deyilir.