Xəbər Xətti
Ali məktəblərdə dövlət imtahanı ləğv olunub
Ali təhsil müəssisələrində dövlət imtahanının ləğv edilib.
Azlist.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir xatırladıb ki, dövlət imtahanının ləğvi ilə bağlı qanun 2020-ci ildə təsdiq olunub. Bu qanuna əsasən, 2023-2024-cü ilində ali təhsil müəssisəsini bitirənlər dövlət imtahanı verməyəcəklər.
"Hazırda bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Bu il dövlət imtahanı verənlər isə köhnə standartla təhsil alanlardır. Yəni 2020-ci ildə və sonra qəbul olunanlar dövlət imtahanı verməyəcəklər", - deyə nazir vurğulayıb.