Xəbər Xətti

Azərbaycan 17 erməni hərbçini İrəvana qaytardı

Azərbaycan 17 erməni hərbçini İrəvana qaytardı
4Oktyabr 202221:07

Azərbaycan 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatları zamanı saxlanılan 17 hərbçini qarşı tərəfə təhvil verib. 

Azlist.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik onların adlarını da açıqlayıb.

Qeyd edək ki, proses ABŞ-ın vasitəçiliyilə baş tutub. 

Xatırladaq ki, bundan öncə 13-14 sentyabr insidenti zamanı Ermənistan-Azərbaycan sərhəddində aşkarlanmış 133 erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verilmişdi.