Azərbaycanda Həcc ziyarəti üçün qiymət QALXDI
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün yeni qiymət müəyyənləşib.
Azlist.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.
Bildirilib ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir:
"Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsilə həyata keçiriləcək".
Həcc ziyarətinə getmək istəyən vətəndaşlardan aşağıdakı sənədlər tələb edilir:
1.Xarici pasport;
2.Şəxsiyyət vəsiqəsinin surəti;
3.3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil;
4.Sağlamlıq haqqında arayış.
Sənəd qəbuluna martın 17-dən başlanacaq. Sənədlər QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək.