Rəsmi

Rəsmi Bakı Qarabağ ermənilərini 2-ci görüşə ÇAĞIRDI

Rəsmi Bakı Qarabağ ermənilərini 2-ci görüşə ÇAĞIRDI
27Mart 202311:13

Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsi ilə bağlı yenidən təklif irəli sürüb.

Azlist.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”, - məlumatda bildirilib.

Qeyd edək ki, Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ilk görüş mart ayının 1-də Xocalıda keçirilmişdi.