Rəsmi

Yaralı hərbçilərimizin sayı AÇIQLANDI

Yaralı hərbçilərimizin sayı AÇIQLANDI
12Aprel 202313:52

Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. 

Azlist.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısı qətiyyətlə alınıb, atəş nöqtələri susdurulub və qarşı tərəf xeyli sayda itki verib.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən yaralanmış 4 hərbi qulluqçumuzdan 2-si əraziyə yaxın yerləşən hərbi tibb müəssisəsindən sanitar aviasiya vasitəsilə peşəkar həkimlərimizin ciddi nəzarəti altında ixtisaslaşdırılmış hərbi tibb müəssisəsinə təxliyə olunub.

Xatırladaq ki, dünənki döyüşdə 3 hərbçimiz şəhid olub.