Rəsmi

Prezident yeni kənd təsərrüfatı naziri təyin etdi - FOTO

Prezident yeni kənd təsərrüfatı naziri təyin etdi - FOTO
14Aprel 202312:18

Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib. 

Azlist.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Qeyd edək ki, bundan öncə kənd təsərrüfatı naziri İnam Kərimov olub. O, fəaliyyətini Ali Məhkəmənin sədri kimi davam etdirir.

Yeni kənd təsərrüfatı naziri  Məcnun Qadir oğlu Məmmədov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Daha sonra Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsilini davam etdirib. 

O, 2022-ci ildən “PASHA Holding”in tərkibinə daxil olan “Grand-Agro” MMC-nin direktoru vəzifəsində çalışıb. O, eyni zamanda “Agro Food Investment” MMC-nin direktoru vəzifəsində fəaliyyət göstərib. 

M.Məmmədov daha əvvəllər holdinqə daxil olan "PMD Group" şirkətində  vəzifə tutub. 

O, ingilis və rus dillərini bilir.