Qızıl Xaç Komitəsi əsirlikdəki əsgərlərimiz barədə məlumat YAYDI
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanılan Azərbaycan Ordusunun əsgərləri ilə bağlı məsələdən məlumatlıdır.
Azlist.az xəbər verir ki, bu barədə BQXK-nin Bakı ifisindən bildirilib.
"Beynəlxalq Qızıl Xaç Komitəsi iki azərbaycanlının məsələsi barədə məlumatlıdır.
Biz ailələr və müvafiq qurumlarla əlaqədəyik və məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir", -deyə beynəlxalq qurumun Bakı ofisinin İctimaiyyətlə əlaqələr departamentinin direktoru İlahə Hüseynova qeyd edib.
Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Ötən gün gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.
"Sputnik Armenia"nın bu gün yaydığı məlumata görə, Ermənistan polisi əsir götürülmüş Azərbaycan hərbçiləri - Hüseyn Axundov və Aqşin Bəbirovu ölkənin Milli Təhlükəsizlik Xidmətinə təhvil verib.