Rəsmi

Azərbaycan və İran XİN başçıları vəziyyəti müzakirə etdilər

Azərbaycan və İran XİN başçıları vəziyyəti müzakirə etdilər
15Aprel 202311:50

14 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. 

Azlist.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı, nazirlər Azərbaycan və İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər.

Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.

Nazirlər eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.