Xəbər Xətti
Laçın-Xankəndi yolunun girişindən Ali Baş Komandana məruzə olundu - VİDEO
Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Azlist.az xəbər verir ki, bu barədə DSX Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeni yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.