ABŞ Azərbaycan və Ermənistan nazirlərini görüşdürür - Blinken PAYLAŞDI
ABŞ dövlət katib Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü barədə paylaşım edib.
Azlist.az xəbər verir ki, o, özünün tvitter səhifəsində görüşlər zamanı sülhdən danışıldığını bildirib.
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Milli Xarici Əlaqələr Tədris Mərkəzində görüş keçirdik. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır", - deyə paylaşımda vurğulanıb.
Qeyd edək ki, ötən gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.
Görüşdə diplomatlar regionda təhlükəsizlik vəziyyətini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.