Xəbər Xətti
Putin-Əliyev-Paşinyan görüşü keçiriləcək - Vaxt məlum oldu

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
Azlist.az xəbər verir ki, bu barədə Nikol Paşinyan mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, görüş may ayının 25-də Moskvada keçiriləcək. Paşinyan Ermənistan tərəfinin görüş təklifini qəbul etdiyini bildirib.
Xatırladaq ki, İlham Əliyev və Paşinyan Avropa İttifaqı Şurasının sədri Şarçl Mişelin vasitəçiliyi ilə mayın 14-də Brüsseldə görüşüb. Növbəti görüşün iyunun 1-də Moldovada keçiriləcəyi gözlənilir.
Mayın 19-da isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada görüş keçiriləcək.