Xəbər Xətti

Putin-Əliyev-Paşinyan görüşü keçiriləcək - Vaxt məlum oldu

Putin-Əliyev-Paşinyan görüşü keçiriləcək - Vaxt məlum oldu
18May 202315:33

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

Azlist.az xəbər verir ki, bu barədə Nikol Paşinyan mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, görüş may ayının 25-də Moskvada keçiriləcək. Paşinyan Ermənistan tərəfinin görüş təklifini qəbul etdiyini bildirib.

Xatırladaq ki, İlham Əliyev və Paşinyan Avropa İttifaqı Şurasının sədri Şarçl Mişelin vasitəçiliyi ilə mayın 14-də Brüsseldə görüşüb. Növbəti görüşün iyunun 1-də Moldovada keçiriləcəyi gözlənilir.

Mayın 19-da isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada görüş keçiriləcək.