Xəbər Xətti

Əliyev - Paşinyan görüşü başa çatdı - İlk AÇIQLAMA

Əliyev - Paşinyan görüşü başa çatdı - İlk AÇIQLAMA
1İyun 202322:40

İyunun 1-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.

Azlist.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüşdən sonra mətbuata açıqlama vetib.

O deyib ki, bu görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti toplantıya çox yaxşı hazırlıq oldu.

Avropa İttifaqı Şurasının Prezidenti deyib:

“Bizim may ayında Brüsseldə müzakirə etdiyimiz məsələləri nəzərdən keçirmək, əlaqələndirmə, təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı müzakirə aparmaq imkanımız oldu. Bu o deməkdir ki, biz çox gərgin çalışırıq”.

Münasibətlərin normallaşdırılması istiqamətində bütün müsbət səyləri dəstəklədiklərini vurğulayan Şarl Mişel Prezident Əliyevi, baş nazir Paşinyanı, Kansler Şoltsu və Prezident Makronu “Avropa siyasi birliyi”nin İspaniyada keçiriləcək növbəti toplantısı çərçivəsində yenidən görüşə dəvət etmək niyyətində olduqlarını qeyd edib.