Xəbər Xətti

İlham Əliyev və Paşinyan Ankarada üzə-üzə gəldilər - FOTO

İlham Əliyev və Paşinyan Ankarada üzə-üzə gəldilər - FOTO
3İyun 202322:04

İyunun 3-də Ankaradakı “Külliye” Prezident Sarayında Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilib.

Azlist.az xəbər verir ki, mərasimdə 21 dövlət başçısı, 13 Baş nazir və bir sıra nazirlərlə yanaşı, aralarında Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlıq Təşkilatı da olmaqla, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edib.

İlham Əliyev və Nikol Paşinyan mərasimdən sonra şam yeməyinə gedərkən qeyri-rəsmi formada görüşüblər. Liderləri Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım müşayiət edib.