Ərdoğan Ermənistana mesaj verdi: “Şuşadakı baş konsulluğumuz açılsa...”
Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq.
Azlist.az xəbər verir ki, bu sözləri ölkəmizdə dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən geniş tərkibdə görüşdə deyib.
“Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. İnşallah, Şuşadakı baş konsulluğumuz açılsa, bu, təbii ki, başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq”, - deyə Türkiyə Prezidenti bildirib.
Эквщъфт ишдвшкши лш, Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir.
"Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük".
"Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər”, - deyən Türkiyə Prezidenti ürəyi onlarla döyünən hər bir Azərbaycan vətəndaşına şəxsən öz adından və milləti adından bir daha minnətdarlığını bildirib.