Xəbər Xətti

Laçın sərhəd-keçid məntəqəsi atəşə tutuldu - Hərbçimiz YARALANDI

Laçın sərhəd-keçid məntəqəsi atəşə tutuldu - Hərbçimiz YARALANDI
15İyun 202309:53

15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. 

Azlist.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilib, həyatı təhlükəsi yoxdur.  

"Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - rəsmi məlumatda deyilir.