Xəbər Xətti
Rusiya hərbçiləri Laçında bağrağımıza hörmətsizlik edib – VİDEO
Qarabağ ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələri Laçında Həkəri çayının üzərindəki körpüdə ucaldılan Azərbaycan bayrağının asıldığı dirəyi aşırıblar.
Azlist.az xəbər verir ki, sosial şəbəkələrdə həmin hadisənin əks olunduğu videogörüntülər yayılıb.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.
Rusiya hərbçilərinin bayrağımıza qarşı hörmətsizlik etməsi Azərbaycan istimaiyyətində hiddət doğurub.
Xatırladaq ki, 15 iyunda Ermənistan hərbi birləşmələri Azərbaycan bayrağının ucaldılması zamanı təxribata əl atmış, əsgərlərimizi atəşə tutmuş, nəticədə DSX-nin bir hərbçisi yaralanmışdı.